PKK İraq-Türkiyə neft kəmərini partlatdı

terrorPKK terrorçuları İraqda Kərkük-Yumurtalıq neft boru kəmərini partladıblar. Anadolu agentliyi xəbər verir ki, partlayışdan sonra boru kəmərilə İraqdan Türkiyəyə neftin nəqli dayandırılıb.
Bu boru kəməri vasitəsilə Türkiyəyə İraqdan neft nəql edilir. 986 km uzunluğu olan ilk neft kəmərinin birinci qolu 1977-ci ildə, 890 km uzunluğu olan ikinci qolu isə 1987-ci ildə inşa edilib. Onu da qeyd edək ki, keçən ilin iyul ayında PKK Türkiyədə Kərkük-Yumurtalıq neft boru kəmərini partlatmışdı.