Almaniya prezidentinin istefası gündəmə gəlib

Kristian Vulf azad mətbuata hücumda günahlandırılır

Son günlər adının qarışdığı kredit qalmaqalıyla ictimaiyyətin gözündəki etibarını böyük nisbətdə itirən Almaniya prezidenti Kristian Vulfun istefası gündəmə gəlib. Kansler Angela Merkelin yaxın siyasi müttəfiqlərindən biri olan Vulfun adı ilk olaraq mənzil krediti qalmqalaında hallanırdı. Donradan prezidentin “Bild” qəzetini xəbərin yayımlanmaması üçün təhdid etdiyi də ortaya çıxıb.

Alman mediası prezidentin “Bild” qəzetinə qarşı hədəsini ölkədəki mətbuat azadlığına bir hücum kimi dəyərləmndirərək Kristian Vulfun istefaya getməli olduğunu bildirib. “Financial Times Deutschland” qəzeti yazıb ki, bu hadisə ilk deyil. Vulfun adının son günlər daha çox qalmaqllarda hallandığı üçün onun prezident postunda qalması qəbuledilməzdir:“Bu qədər yükü daşıyan bir adam prezident olmamalıdır”. “Süddeutsche Zeitung” qəzeti isə bildirib ki, mətbuat azadlığından sui-istifadə prezidentin sonunu gətirəcək. Kristian Vulfun mətbuat katibi deyilənlərə cavab olaraq bəyan edib ki, prezident mətbuat azadlığına çox əhəmiyyət verir və medianın şəffaf olmasını istəyir.
 
Bunlarla yanaşı prezidentin yaxın ətrafında da parçalanmalar baş verib. Vulfun Aşağı Saksoniya əyalətində partiya rəhbəri olduğu zaman köməkçisi kimi çalışmış Karl-Haynts Klark olaylarla bağlı prezidentin mövqeyini sarsıdacaq açıqlamalar verib. Klark “Hannover Allgemeine Zeitung” qəzetinə açıqlamasında bildirib ki, Vulfun partiyadaşları da son hadisələrə görə ciddi narahatlıq keçirilər. Müxalifətdəki İctimai Demokrat Partiyasından seçilmiş deputat Hubertus Heyl isə hadisələrə görə Kristian Vulfa olan etibarının sarsıldığını bildirib.

İnformasiya şöbəsi