Artıq Azərbaycan yüz ədədlərlə avtomobil idxal edir

avtomobil2016-ci ilin Yanvar ayında Azərbaycana cəmi 437 ədəd nəqliyyat vasitəsi, o cümlədən 401 ədəd minik avtomobili idxal olunmuşdur.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.

Müqayisə üçün qeyd edək ki, 2014-cü ilin Yanvarında ölkəmizə 6 477 ədəd, 2015-ci ilin Yanvarında isə 4 090 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

Beləliklə, ötən ilin Yanvar ayı ilə müqayisədə avtomobil idxalı 9,3 dəfə azalmışdır.

2016-cı ilin Yanvar ayında 5 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 401 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 26 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 5 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunmuşdur.

Rəqəmlər əhalinin avtomobil almadığını, rəsmi distiribyutor və dilerlərin də satşlarının dəfələrlə azaldığından çətin vəziyyətdə olduqlarını göstərir.