Azərbaycanın xarici ticarətində 41 faizlik azalma

ixrac2016-cı ilin Yanvar ayında Azərbaycanın ticarət əməliyyatlarının həcmi – 1 milyard 99 milyon 884.38 min ABŞ dolları təşkil edib.

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər veri ki, ticarət əməliyyatları keçən ilin müvafiq dövrünə nisbətən 40.62 % azalmışdır.

İXRAC 50 FAZİƏ YAXIN AZALIB

İdxal əməliyyatları üzrə – 442 milyon 808.17 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 22.95 % azalmışdır), ixrac əməliyyatları üzrə – 657 milyon 76.21 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 48.57 % azalmışdır) əməliyyat dövriyyəsi qeydə alınmışdır.