tapanca-ates

Bakı sakini kafedə güllələndi

tapanca-atesBakı sakini güllələnib.

Hadisə Səməd Vurğun küçəsi 81-də yerləşən parkdakı kafedə baş verib.

Belə ki, Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Fəzayıl Qədirov “Makarov” markalı tapançadan atəş açaraq şəhər sakini, 46 yaşlı Anar Hacıyevə xəsarət yetirib.

Qarın nahiyəsindən yaralanmış A.Hacıyev xəstəxanaya aparılıb.

Hadisəni törədən F.Qədirov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

(report)