Yanvarın 2-də yazıçı Rafiq Tağının qırx mərasimi olub. Mərasim Bakıda, Ələddin Quliyev küçəsi, 2 A ünvanında verilib. Mərhumun Bakının “Qurd qapısı” qəbiristanlığındakı məzarı ziyarət edilib.
İxtisasca həkim olan Rafiq Tağı gənclik illərindən bədii yaradıcılığı ikinci peşə kimi seçib. Bir neçə kitabın müəllifidir.
2006-cı ilin noyabrından 2007-ci ilin dekabrına kimi milli, irqi və dini ədavətin qızışdırılması ittihamı ilə həbsdə yatıb. 2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayıb. Dörd gün sonra yazıçı xəstəxanada vəfat edib.
Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. İstintaq Cinayət Məcəlləsinin 120.1 – qəsdən adam öldürmə maddəsi ilə aparılır.


