Silahlı qüvvələrdə 97 nəfər ölüb, 102 nəfər yaralanıb
2011-ci ildə ölkənin təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayında kəskin artım hiss olunur. Bu, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin ekspertlərinin həyata keçirdikləri monitorinqin nəticələrindən bəlli olub. Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 97 nəfər təşkil edib.
Ötən müddətdə 102 nəfər yaralanıb. Müvafiq dövrdə qeyri-döyüş itkiləri isə daha çox 83 nəfər təşkil edir. Belə ki, 9 nəfər naməlum səbəbdən, 17 nəfər bədbəxt hadisədən (qar uçqunu, dəm qazından boğulma, ildırım vurması, yıxılma, elektrik cərəyanı vurması, əldə silah partlaması və s.), 15 nəfər avtoqəzadan, 12 nəfər xəstəlikdən (və ya zəhərlənmə), 1 nəfər əməliyyat tədbirlərindən, 17 nəfərsə bir-birinə qarşı silah tətbiq etmək – qeyri-nizamnamə hadisələrindən dünyasını dəyişib. 12 nəfərsə intihar edib.
Döyüş itkiləri 14 nəfər təşkil edir. Dünyasını dəyişənlərin 87-i Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 5-i Daxili Qoşunların, 1 nəfərsə Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin hərbi qulluqçusu olub.ÿ
Yaralılara gəldikdə isə 22 nəfər qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 5 nəfər intihara cəhddən, 38 nəfər avtomobil qəzalarından, 11 nəfər bədbəxt hadisələrdən, 22 nəfər erməni gülləsindən, 4 nəfər mina partlayışından yaralanıb və ya xəsarət alıb.
Onların 11-i Dövlət Sərhəd Xidmətinin, 2-i Daxili Qoşunların, 1-i Hərbi Prokurorluğun, 2-i Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin, 86-sı isə Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır.


