«Irana qarşı hərbi müdaxilə və təzyiqlər yolverilməzdir»
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Iranın nüvə proqramı ilə bağlı yazdığı məqaləsində qeyd edib.
O bildirib ki, bu ölkəyə qarşı təzyiqlərin heç bir faydası yoxdur:”Təcrübə göstərir ki, Irana qarşı təzyiqlər çıxış yolu deyil. Əksinə, problemin həllini daha da çətinləşdirir. Rusiya Iranın nüvə proqramı ilə bağlı problemin yeganə həll yolu kimi əməkdaşlığı qəbul edir”.
S.Lavrov digər vasitələrin yolverilməz olduğunu söyləyib.


