Birləşmiş Ərəb Əmirliklərində evlənəcək yerli vətəndaşlara yardım məqsədilə yaradılan fond üçün 59.5 milyon dollarlıq yeni büdcə təsdiqlənib.
Qeyd edək ki, evlilik fondu Birləşmiş Ərəb Əmirliklərinin mərhum dövlət başçısı Şeyx Zayid Bin Sultan Əl Nahyan tərəfindən 1990-cı illərdə yaradılıb. Fondun vəsaitlərinin böyük bir hissəsi yeni evlənəcək cütlüklərə xərclənəcək. Yerdə qalanı isə boşanmaların qarşısını almaq məqsədilə ailə sabitliyi istiqamətində sosial proqramların təşkilinə sərf olunacaq.
Fondun rəhbəri Həbibə Əl Husani bildirib ki, bu qurum yarandığı gündən indiyə qədər ailə qurmaq istəyən yerli vətəndaşlara 348 milyon dollarlıq yardım göstərib. O, evlənən hər cütlüyə təxminən 19 min dollarlıq yardım edildiyini vurğulayıb.
Evlənənlərə 59.5 milyon dollarlıq yardım
•
•