Rusiyanın baş naziri Dmitri Medvedev bəyan edib ki, o yeni soyuq müharibənin başlanıldığını deməyib. Hökumət başçısının sözlərinə görə, Münhendə çıxış edərkən o NATO-nun qərarının soyuq müharibəyə təhrik etdiyini deyib. ABŞ-ın Time jurnalına müsahibəsində Medvedev heç vaxt soyuq müharibənin başlandığını demədiyini qeyd edib. O dediklərini bir daha təsdiqləməyə hazır olduğunu da vurğulayıb. Qeyd edək ki, Münhendə çıxış edən Medvedev NATO-nun Rusiyaya qarşı siyasətinin “qapalı və düşməncəsinə” olduğunu, vəziyyətin soyuq müharibə dövrünə gəlib çatdığını deyib.
azadlıq.info