İlham Əliyevin portretləri dükan sahiblərinə satdırılır

Ilham Əliyevin portretləri Dərnəgül bazarındakı dükanlara 15 manatdan satılır. Bu barədə “Azadlıq”a məlumat verən satıcılırdan biri deyir ki, iki nəfər ölkə başçısının şəkillərini dükanlara satırlar:
“Onların kimliyi ilə maraqlansaq da heç nə söyləmirlər. Bircə bunu deyirlər ki, şəkilləri almalıyıq. Həmin şəxslər portretləri almayacağımız təqdirdə dükanımızı bağlatdıracaqları ilə hədələyirlər. Deyirlər ki, əvvəl bu şəkilləri 50 manata satırmışlar, indi 15 manata düşüblər. Onlar tələb edir ki, aldığımız şəkilləri mütləq dükandan asmalıyıq”.
Satıcının dediyinə görə, hazırda Dərnəgül bazarında 500-dən çox dükan var.

Ramin DEKO