“Tarzan”ın Çitası öldü

1930-cu illərin istehsalı olan “Tarzan” filmindəki meymunun – Çitanın 80 yaşında öldüyü xəbəri yayılıb.
ABŞ-ın Florida ştatındakı heyvan sığınacağından verilən açıqlamaya görə, Çita dekabrın 24-də böyrək çatışmazlığından ölüb. Çitanın heyvan sığınacağına 1960-cı illərdə gətirildiyi qeyd edilib.
Xatırladaq ki, bu kinoda baş rolda üzgüçülük üzrə Olimpiya çempionu olmuş amerikalı Conni Ueissmuller çəkilib.