Ötən gecə Cənubi Amerika dövləti olan Çilidə növbəti güclü zəlzələ qeydə alınıb.
Ölkənin paytaxtı Santyaqo şəhərindən 326 km şimal-qərbdə, Ovale bölgəsindən 40 km qərbdə 6,3 bal gücündə zəlzələ baş verib.
ABŞ-ın Geoloji Xidmətinin məlumatına əsasən, zəlzələnin ocağı yerin 31,5 km dərinliyində yerləşib.
Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib. (virtualaz.org)