Vahid Məhərrəmov
Kənd təsərrüfat naziri yeni çıxış yapıb. Deyib ki, ölkədə iribuynuzlu mal-qaranın sayı 4 dəfə azaldılmalıdır. Bərəkallah! Görəsən, hansı hesablamaya əsasən bu “ixtira”nı edib. Ölkədə mövcud olan 8, 5 milyon xırda buynuzlu heyvan və 2,7 milyon baş mal-qara ilə əhalinin südə olan ehtiyacı 50 faiz, ətə olan ehtiyacı isə 38 faiz ödənilir. Onu da qeyd etməliyəm ki, sonuncu göstəricidə əsas yeri quş əti tutur. Bu naşılar bütün bir ölkəni labaratoriyaya çeviriblər, bu yaşlarında öyrənmək üçün eksperiment aparırlar. On il bundan qabaq yazdığım məqalədə qeyd etmişdim ki, ölkənin südə olan təlabatını ödəmək üçün 500 min baş yüksək məhsuldar, il ərzində 6-7 ton süd verən inək saxlanıla bilər. Bu qədər sağılan inəyin bir o qədər də buzovu olacaq, bu isə 1 milyon baş edir. Ölkə əhalisinin mal ətinə olan təlabatını ödəmək üçün hər il yüksək köklükdə 800 min baş cöngə kəsimə verilməlidir. Əlbəttə bunun bir hissəsi südlük mal-qaranın hesabına ödənilər. Ancaq ətlik heyvanların alınması üçün əlavə ən azı 600 min baş inək saxlanmalıdır. Beləliklə ən azı 2 milyon 100 min baş yüksək məhsuldar iribuynuzlu mal-qara saxlamaqla ölkə əhalisini keyfiyyətli ət və süd məhsulları ilə təmin etmək olar. Bu rəqəm isə KƏM təsərrüfat nazirinin səsləndirdiyi rəqəmdən 4 dəfə çoxdur.