Körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evlərilə bağlı dünən Ilham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, adlarını çəkdiyimiz qurumlar Təhsil Nazirliyindən alınaraq, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər Icra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər Icra Hakimiyyətinin) tabeliyinə verilib.


