Brayza İlham Əliyevlə vidalaşdı

ABŞ səfiri Metyu Brayzanın Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb. ABŞ prezidenti Barak Obama Metyu Brayzanı 2010-cu il dekabrın sonunda Azərbaycana səfir təyin etmişdi. Brayzanın təyinatı ABŞ Senatının bu ilin dekabrındakı sessiyasına qədər qüvvədə idi. Obama Brayzanın təsdiq olunması üçün onun namizədliyini Senata təqdim etsə də, Senat bu məsələyə baxmadığından Brayzanın ABŞ-ın Azərbaycanda səfiri kimi fəaliyyəti başa çatıb.
Dekabrın 27-də ölkə başçısı İlham Əliyev Metyu Brayzanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
AzərTAc-ın məlumatına görə, Brayza dövlət başçısına anadan olmasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb.
İlham Əliyev isə Brayzanın Azərbaycandakı diplomatik fəaliyyətini yüksək qiymətləndirib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.