Bakıda 20 yaşlı oğlan intihar edib

olum-intiharBakıda intihar hadisəsi baş verib. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Bayıl qəsəbəsində qeydə alınıb. Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Cavad Cəfərov Qaz Emalı Zavoduna məxsus evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

(apa)