Pəncərəni sındırıb evə girdilər

basqinBakıda daha bir evdən oğurluq edilib. Lent.az-ın məlumatına görə, Badamdar sakini, 1968-ci il təvəllüdlü Dadaşəliyev Ramiz Əlidadaş oğlu polisə müraciət edərək bildirib ki, evdə olmadığı 5 gün müddətində naməlum şəxs və ya şəxslər mənzilə daxil olub. Pəncərəni sındırmaq yolu ilə yataq otağındakı dolabdan 5 min manat və sənədlər oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R.Dadaşəliyevin evi daha əvvəl də oğrular tərəfindən yarılıb.