Maliyyə nazirinin Sabirabadda qəpik söhbəti

samir sherifov“Biz israfçılığa və izafi xərclərə, o cümlədən lüzumsuz xərclərə imkan verməməliyik”. Bunu maliyyə naziri Samir Şərifov Sabirabadda bildirib.

 

“Maliyyə Nazirliyi tərəfindən bəzi qurumlara maliyyə nəzarətinin gücləndirilməsi o zərurətdən irəli gəlir ki, məlum səbəblərə görə, indiki şəraitdə bizim gəlirlərimiz azalıb və  hər bir qəpiyimizə böyük diqqətlə yanaşmalıyıq. Dövlət büdcəsinin vəsaitlərinin qanunsuz yolla mənimsənilməsi halları ilə amansız mübarizə aparmalıyıq”, – deyə nazir qeyd edib (APA).