“Xural” qəzetini Vergilər Nazirliyi yoxlayacaq. Bu barədə “Xural”ın direktoru Nizami Həsənli məlumat verib.
Onun sözlərinə görə, dünən özünü Şahin kimi təqdim edən və Vergilər Nazirliyindən olduğunu bildirən bir nəfər onunla əlaqə saxlayıb: “Bildirdi ki, Vergilər Nazirliyi ”Xural”ın 2009-2011-ci illər ərzində fəaliyyətini yoxlayacaq. Şahin müəllim əvvəlcə qərarı Vergilər Nazirliyinin verdiyini desə də, sonradan bildirdi ki, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin müstəntiqi ondan beş gün ərzində yoxlamanı başa çatdırmağı tələb edir”.
Nizami Həsənli onu da bildirib ki, qəzetin əmlakı məhkəmə icraçıları, rəsmi sənədlər isə Korrupsiyaya Qarşı Mübarizə Idarəsi tərəfindən müsadirə edilib: “Redaksiyanın yerləşdiyi ofisdən bizi çıxarıblar. Sənədlərimiz isə müsadirə edilib. Indi hansı sənədlər əsasında yoxlama aparacaqları bizə məlum deyil”.
Xatırladaq ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı oktyabrın 28-də deputat Gülər Əhmədovanın şikayəti əhəbs olunub. Ardınca mətbəələrə “Xural”ı çap etməmək barədə qeyri-rəsmi göstəriş verilib və bu səbəbdən qəzetin nəşri dayanıb.


