Cəlilabadda 15 yaşlı qız özünü asıb; Bakıda isə…

Bakı şəhəri, Sabunçu rayonunda intihar hadisəsi baş verib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Maştağa qəsəbəsi, Məmmədyarov küçəsi, ev 36-da yaşayan Əlipənah Həsənov yaşadığı evin həyətindəki ağacdan özünü asıb.

Daha bir intihar hadisəsi Cəlilabadda qeydə alınıb. Rayonda 15 yaşlı qız intihar edib. Rayon prokurorluğundan verilən məlumata görə, Günəşli kənd sakini, 1996-cı il təvəllüdlü Həsənova Rədimə Fuad qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü asaraq intihar edib.

Hər iki faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.