“Nizami” metrosunun ətrafını su basdı FOTO

Gediş-gəliş çətinləşib.

Bu gün Bakının Yasamal rayonu “Nizami” metrosunun yanında yerləşən kanalizasiya quyusunun sıradan çıxması bir sıra problemlərin yaranmasına gətirib çıxarıb.

Saatlarla axan su bütün ətrafa yayılaraq gediş-gəlişi çətinləşdirib.

Qeyd edək ki, bir neçə gün öncə də həmin kanalizasiyanın partlaması nəticəsində ətrafa xeyli çirkli su yayılmışdı.

(SalamNews)