Həbsdə olan tanınmış aparıcı İlham Mirzəyevin səhhətində heç bir problem yoxdur.
Bu barədə trend-ə İ.Mirzəyevin vəkili Telman Abdiyev deyib.
Vəkil bildirib ki, aparıcının guya həbsxanada iflic olması barədə yayılan şayiələr əsassızdır:
“Bu şayiədir. İlham Mirzəyevin vəziyyəti tam normaldır və səhhətində heç bir problem yoxdur”.
Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir. Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.
Qeyd edək ki, bu gün İlham Mirzəyev haqqında bəzi saytlarda iflic olması xəbəri yayılmışdı.
***
“Bu gün çox kədərli xəbər eşitdim və dəhşətə gəldim” .
Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə müğənni Xəyyam Nisanov yazıb. O, bildirib ki, aparıcı İlham Mirzəyev həbsxanada iflic olub:
“Teleaparci İlham Mirzəyev həbsxanada iflic olub. Nəticədə sol tərəfi işləmir. Allah şəfa versin!”.