Rusiyada 6 bal gücündə zəlzələ baş verib

zelzeleRusiyanın İrkutsk vilayətində zəlzələ baş verib.

TASS agentliyinin verdiyi məlumata görə, yerli vaxtla saat 02:27-də qeydə alınan yeraltı təkanların episentri Baykal gölü akvatoriyasında yerləşib.

İrkutsk şəhərində zəlzələ 4-6 bal, Buryatiyanın bir sıra yaşayış məntəqələrində isə 3 bal gücündə hiss olunub.

Dağıntı və zərərçəkən yoxdur. (virtualaz.org)