Masallıdakı yanğın barədə yeni xəbər VİDEO

yanginsondurenFevralın 3-də Masallının Tüklə kəndində elektrik yarımstansıyasında baş verən yanğının videosu yayılıb.
Yanğınla bağlı məlumatda isə deyilir ki, transformatorlardan birinin yanar hissələri və yağı tamamilə yanıb, yaxınlığında yerləşən digər transformator yanğından mühafizə olunub.

 Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı rayon yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi göndərilib. Lakin yanğın şiddətləndiyindən, əlavə olaraq, Cəlilabad və Lənkəran rayonlarından daha 2 yanğınsöndürən maşın cəlb olunub.
Yanğını lokallaşdırmaq mümkün olub. Yarımstansiyadakı transformator yararsız vəziyyətə düşdüyündən, Lənkəran və Masallı rayonlarında, ümumilikdə 20-yə yaxın yaşayış məntəqəsi işıqsız qalıb. Hazırda qəza briqadaları elektrik enerjisinin bərpası istiqamətində müvafiq tədbirlər görürlər.
Faktla bağlı araşdırma aparılır.

***

3.02.2016

Masallı rayonunda Enerji Paylayıcı Stansiyalardan birində güclü yanğın baş verib. Bu barədə azadlıq.info-ya rayondakı mənbələrdən xəbər verilib.

Xəbərdə deyilir ki, Tüklə kəndində yerləşən və rayonun onlarla kəndini elektrik enerjisi ilə təmin edən stansiyada bir neçə dəqiqə əvvəl yanğın baş verib. Yanğın qısa zamanda elə şiddətlənib ki, onu söndürməyə ətraf eayonlardan da yanğınsöndürən briqadalar cəlb olunub.

Yanğın səbəbindən kəndlərin əksəriyyətinə elektrik verilişi dayanıb.

Yanğının səbəbi barədə hər hansı məlumat verilmir.