Vahid Əhmədov Cavid Qurbanova «ilişdi»

“Azərbaycanın şimal hissəsinə çəkilən beton yollara 30 il müddətinə qarant qoyulsa da, bir neçə il keçməmiş bu yollar  dağılmağa başlayıb”.

Bu sözləri deputat Vahid Əhmədov parlamentin dünənki iclasında Şəhərsalma və Tikinti Məcəlləsinin müzakirəsi zamanı səsləndirib. O, nümunə kimi Bakı-Quba yolunun dağılmasını gətirib.
Indi yol çəkilişinə məsul olan “Azəryolservis”in şefi, deputat Cavid Qurbanov Vahid Əhmədovun açıqladığı fakta aydınlıq gətirməlidir. Amma çətin. Çünki Cavid Qurbanov da yol tikintisi sahəsində nələrin baş verdiyini yaxşı bilir.
Çox böyük ehtimalla o susmağa üstünlük verəcək ki, daha ciddi faktların üstü açılmasın.