Goldman: Neftdə hasilatın azaldılması ehtimalı çox aşağıdır

xam neftGoldman Sachs Group-un analitiklərinə görə, Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla dünyanın ən böyük neft istehsalçıları paralel şəkildə neft hasilatını azaltmayacaqlar. Çünki Neft İstehsal edən Ölkələr Birliyi (OPEC) yüksək xərcli istehsalçıları bazardan çıxartmaq istəyir.

Hazırda neft bazarında təklifin tələbi üstələməsinə baxmayaraq yüksək hasilat davam edir.

Bazar günü nəşr olunan hesabatda, analitiklər, hazırda OPEC-in hasilatı azaltması cəhdinin “zərərverici” olacağını, çünki bazar payını qorumağa yönəlmiş strategiyasının indi-indi işə yaramağa başladığını yazıblar.

Rusiya kimi OPEC-ə daxil olmayan ölkələr və şist qazı istehsalçılarının hasilatı artırmasından sonra, OPEC-in də istehsalı artırması ilə ötən il neft 30%-dən çox ucuzlaşıb.

OPEC-in üzvü olan Venesuelanın neft naziri Eulogio Del Pino, Bazar ertəsi günü, rusiyalı həmkarı Aleksandr Novak ilə Moskvada görüşəcək. Görüşdə neft qiymətlərini dəstəkləməyə yönəlmiş üsullar müzakirə olunacaq. Del Pino, Moskvadan sonra Qətər, İran və Səudiyyə Ərəbistanına səfər edəcək. Hər üç ölkə də OPEC-in üzvüdür. Dünyada hasil edilən neftin 40%-i OPEC-in payına düşür.