Çindən daha bir pis xəbər

birjaDünyanın ən böyük neft istehlakçısı Çində Yanvar ayına dair rəsmi emal sənaye satınalma menecerləri indeksi (PMI) göstəricisi 49.4 ilə son üç ilin ən aşağı səviyyəsinə enib.

Bloombergin sorğusuna qatılan iqtisadçıların proqnozlarına görə, bu göstəricinin 49.6 səviyyəsində çıxması gözlənilirdi.

Bu göstərici beləliklə, altı ay ardıcıl pisləşməyə işarə edərək, tarixinin ən uzun tənəzzül dövrünü həyata keçirib. PMİ göstərəcisi sənaye mallarına tələbin azalması səbəbindən aşağı düşüb. Bu həm də çin iqtisadiyyatının artım tempinin hələ də aşağı düşdüyünə işarə edir.

PMİ indeksinin 50-dən yuxarı olması iqtisadi artıma, aşağı olması isə tənəzzülə işarə edir.