Elman Rüstəmov ölkənin hansı gününə “yaxşı” deyir?

elman_rustemovMB rəhbəri bu il iqtisadiyyatın maliyyə dayanıqlılığını artırmağa imkan verən siyasət həyata keçirəcəklərini söyləyir

Ölkədəki vəziyyətə, maliyyə böhranının daha da dərinləşməsinə və öz neqativ təsirlərini daha qabarıq formada göstərməsin baxmayaraq hökumət təmsilçiləri tam başqa fikirdədir. Mərkəzi BankınÿIdarə Heyətinin 2015-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov da çıxış edib. E.Rüstəmovun söylədikləri isə, sanki o fikri yaradır ki, ölkədə manatın ümumiyyətlə devalvasiyası baş verməyib.

“Maliyyə ”sabitliyi” təmin ediləcək”

Iclas zamanı Mərkəzi Bankın ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə geniş müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

E.Rüstəmov ümumilikdə 2015-ci ilin nəticələrini müsbət qiymətləndirərək 2016-cı il üçün Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkib. “2016-cı ildə Mərkəzi Bank pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlılığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcəkdir. Məzənnə siyasəti yeni recimin tələblərinə uyğun olaraq məzənnədə kəskin tərəddüdlərin hamarlanmasına yönələcəkdir. Eyni zamanda hökumətlə birlikdə valyuta bazarının tarazlaşdırılmasına yönəlmiş əlavə tədbirlərin də görülməsi nəzərdə tutulur. Bank sektorunda maliyyə sabitliyinin qorunması da mühüm hədəflərdən biridir. Banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər davam etdiriləcəkdir”, deyə E.Rüstəmov vurğulayıb.

Nemət Əliyev: “Elman Rüstəmovun açıqlaması real gerçəkliklə əlaqəsi yoxdur”

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyev hesab edir ki, MB-nin 6 bankın lisenziyasını ləğv etməsi təsadüfi addım deyildi. Bu qərarın bankların kreditorlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkdiyini göstərdiyini deyən N.Əliyev vurğuladı ki, faktiki olaraq ölkənin bank sistemi çökür, manata inam azalır: “Ölkənin sosial və iqtisadi həyatına qoyulan kreditlərin həcmi aşağı düşüb. Əhali əmanətləri banklardan geri çəkir. Istehsal aşağı düşməkdə davam edir, xidmət sektoru ölmək üzrədir, ölkənin tədiyyə balansında müsbət saldo əldə olunmayıb, iş yerləri çox böyük sürətlə itirilməkdədir. Ümumi Daxili Məhsul göstəricisi 22, əhalinin pul gəlirləri 9 milyard azalıb. Bankların maliyyə durumu çox pis gündədir. Bütün bunlar onu deməyə əsas verir ki, Mərkəzi Bankın yeritdiyi siyasət ölkənin istehsalını fəaliyyətinə təkan verə bilməyib. Mərkəzi Bank elan etsə ki, bank sektoru ümumi iqtisadi artıma dəstək verib, bu yanlış bir məlumatdır. Adama sual edərlər ki, çökmüş bank ölkənin iqtisadi artımına nə cür təkan verə bilər”.

MB-nin yürütdüyü siyasətin ölkə iqtisadiyyatını stimullaşdıra bilmədiyini deyən N.Əliyev vurğuladı ki, yəni Mərkəzi Bankın rəhbərinin bu açıqlaması real gerçəkliklə əlaqəsi yoxdur : “Mərkəzi Bankın bu aıçıqlaması uğursuzluğa düçar olmuş siyasətə haqq qazandırmaq istəyindən başqa bir şey deyil. Əgər Mərkəzi Bankın rəhbərliyində belə fikir varsa ki, onların yeritdikləri pul siyasəti uğur gətirir, o zaman onların bu fikri olduqca təhlükəlidir. Onları dərhal vəzifədən götürmək gərəkdir”.

Xəyal