Masazır gölünə düşən təlim təyyarəsi imiş

Milli.Az xəbər portalının məlumatına görə, qəzaya uğrayan təyyarə ABŞ istehsalı olan CESSNA-172 markalı təlim təyyarəsidir. Təyyarədə təlimçi Tahir Ağaquliyev Aviasiya Akademiyasının 2 tələbəsinə təlim keçirmiş.

Təyyarədə olanların yaralandığı və hospitala yerləşdirildikləri bildirilir.

***

Masazır gölünə təyyarə düşüb. Bu barədə “Qafqazinfo”ya zəng edərək bildiriblər. Məlumata görə, gölə düşən təyyarənin AN tipli yük təyyarəsidir. Hadisə yerinə FHN əməkdaşları gəlib, xilasetmə işləri aparılır.