Nazirdən özünü dolaşdıran açıqlama

samir sherifovYaxud dövlət xeyriyyə cəmiyyətidir?

Əzəmətli hökumətimiz xalqa əzələ nümayiş etdirməkdədir. Əslində, hökumət vətəndaşlardan üzr istəməli, yaratdığı bataqlıqdan çıxmaq üçün vətəndaşa əl uzatmalı və təcili islahatlara getməliydi. Amma analoqsuz hökumətimiz bütün problemləri xalqın üstünə atıb və özündə zərrə qədər günah görmür. Xalqın susqunluğu, biganəliyi hökuməti o qədər arxayın salıb ki, vətəndaşa heç bir güzəşt etmirlər. Əksinə, ənənəvi siyasət davam edir, ölkədən oğurlanan pullar geri qaytarılmır və gələcək nəsillərin çiyninə borc yükləməyə girişiblər.

Son olaraq isə xalqın ümidini maliyyə naziri Samir Şərifovun diliylə öldürdülər. Belə ki, dollarla krediti olanlara müəyyən güzəştlər vəd olunsa da nəticədə bu güzəştlərdən imtina edildi: “Bank xeyriyyə ÿcəmiyyəti deyil. Bir tərəfdən borc verirsə, digər tərəfdən də əmanət saxlayır. Biz çalışırıq ki, sosialÿ ədalət prinsiplərini pozmayaq. Biz nəyə ÿgörə bir borc alanı digərindən fərqləndirməliyik. Dövlət özəl bankla müştəri münasibətlərinə niyə müdaxilə etməlidir? Banklar çox yüksək faizlə ÿkredit verəndə dövləti axtarmırdı. Indi niyəÿ axtarırlar? Mənim yanaşmam bundan ibarətdir”. Bu sözləri maliyyə naziri Samir Şərifov deyib.

Bəli, dövləti xeyriyyə cəmiyyətinə çevirənlər, bank sektorunu monopoliya edənlər, vətəndaşa qarşı xeyriyyəçilik etmək istəmirlər. Hansıki, vətəndaş hökumətdən müftə pul istəmir, borcların silinməsini də tələb etmir. Sadəcə kreditləri əvvəlki məzənnə ilə ödəmək istəyirlər ki, bu da dövlətə 250 milyon manata başa gəlir. Yəni dollarla krediti olanlar borclarını əvvəlki məzənnə ilə ödəsə, dövlət vətəndaşa 250 milyon güzəşt etmiş olacaq. Əslində isə bunu güzəşt də adlandırmaq olmaz. Çünki, hökumət vətəndaşı “milli valyuta sabit qalacaq” deyəəkr aldadıb. Üstəlik, vətəndaşa kreditlər ən yüksək fazilərlə verilib. Yəni uzun illərdi vətəndaşın qazancı onsuz da devalvasiyaya məruz qalıb.  Bəli, bu ağır duruma vətəndaşı məhz hökumət salıb və zərəri də hökumət ödəməlidir. Ukraynada, Qazaxıstanda, Yunanıstanda bunun nümunəsini gördük.

Samir Şərifovun “xeyriyyə cəmiyyəti” ifadəsinə gəlincə, məsələ, ümumiyyətlə, qəlizləşir. Necə olur ki, dövlətin vəsaitiylə Fransada, Serbiyada, Vatikanda və digər ölkələrdə xeyriyyəçilik edən hökumət dövlətin vəsaitinin cüzi bir hissəsini xalqa sərf etmir? Necə olur ki, Avropa Oyunlarına 8 miylard, Formula-1 yarışlarına 150 milyon, hər il “Gül bayramı”na 10 milyonlar xərcləyən hökumət vətəndaşa eyni səxavəti göstərmir? Dövlətin milyardları ilə xeyriyyəçilik etməyə bu hakimiyyətə kim haqq verib? Son 10 ildə ölkədən 95 milyard pul oğurlanıb, amma bunun izinə düşmək istəyən yoxdur.

Samir Şərifov deyir ki, biz müştəriylə bank arasına girə bilmirik. Bu ölkədə hökumət hər yerə girə bilir və girir də. Necə olur ki, Beynəlxalq Banka 600 milyon vəsait ödəyib, sağlamlaşdırma aparırsınız, amma vətəndaşın problemini həll edə bilmirsiniz? Ona görə ki, Beynəlxalq Bankın səhmlərinin 51 faizi dövlətə məxsusdur və səhmlərin səfasını bir neçə adam görür. Yəni məsələ şəxsi maraqlara gələndə istənilən qədər pul tapa bilirsiz, amma xalq amili ortaya çıxanda “biz qarışmırıq” deyirsiniz. Necə olur ki, hökumət məhkəmənin, polisin, prokurorluğun, gömrüyün, verginin, MTRŞ-nin işinə qarışır, amma əsl qarışmalı olduğu məsələyə qarışmaq istəmir?

Niyə böhrandan çıxmaq üçün xeyriyyə layihələri həyata keçirdiyiniz Fransadan, Vatikandan, Serbiyadan deyil, vətəndaşdan pul güdürsünüz? Niyə vaxtilə səxavətlə pul xərclədiyiniz dostlarınız sizə yardım etmir? Axı niyə bu boyda oğurluğun, məsuliyyətsizliyin, yarıtmazlığın zərərini vətəndaş ödəməlidir?

Cənab nazir, siz haqlısınız, normal ölkədə bank xeyriyyə cəmiyyəti deyil. Amma normal ölkədə dövlət də xeyriyyə cəmiyyəti deyil və normal ölkədə belə hallar baş vermir. Əgər banklar iri məmurlara məxsusdursa, əgər yüksək faizli kreditlərin arxasında iqtisadi faktorlar yox, vəzifəlilər dayanırsa, əgər 130 faizlik devalvasiya təbii fəlakətin yox,  hökumətin fəlakətli siyasətinin nəticəsidirsə, hökumət vətəndaşa güzəşt etməyə məhkumdur. Samir Şərifovun sosial ədalətdən danışması isə insanı kövrəldir. Çünki, bu ölkədə “ədalət” çoxdandır itkin düşüb.

İlham