Zülfüqarlı qardaşlarının işçiləri iş yerlərini istəyirlər FOTO

 

bakielektroshtamp-zulfuqarliBakı Elektroştamp və Bakı Polad Tökmə ASC-lərin qapıları niyə bağlı qalıb

Yanvarın 28-də Bakı Elektroştamp ASC-nin inzibati binasında əvvəllər Zülfüqarlı qardaşlarına məxsus olan Bakı Elektroştamp ASC və Bakı Polad Tökmə ASC-nin  əməkdaşları tərəfindən mətbuat konfransı kecirilib.  Əvvəlcə Bakı Elektroştamp-ən nümayəndəsi Ramiz Əhmədov danışıb: “2005 ci ildən bu zavodlar zəbt olunub. Sahibkarlar Nurəddin və Loğman Zülfüqarlı qardaşları  2002-ci ildə Rusiya Federasiyasında qurduqları işlərini  yarımcıq qoyaraq Heydər Əliyevin iş adamlarına çağırışına qoşularaq vətənə döndülər.

Əvvəl 2002-ci ilin may ayında fəaliyyətini tamamilə dayandırmış Bakı Elektroştamop zavodunu özəlləşdirərək müasir standartlara uyğun  istehsal sahəsinə çevirdilər. 25 milyondan artıq sərmayə yatıraraq 400 yeni iş yerinin açılmasına şərait yaradıldı. 2003-cü ilin iyun ayında isə  Bakı Polad Tökmə zavodu özəlləşdirildi.  Bura isə 40 milyondan artıq vəsait qoyuldu. Əsasən ixrac məhsullarının istehsalı ilə məşğul olan metallurgiya sənayəsinin inkişaf etdirilməsi ilə yanaşı,  800  nəfərin də işlə təmin olunmasına şərait yaradıldı.

2005-ci ilin dekabrında Nurəddin Zülfüqarlı əmisinin yas mərasimindən qayıdarkən həbs olundu. Daha sonra Loğman Zülfüqarlı da Baş Mütəşəkkiil Cinayətkarlıqla Mübarizə Idarəsinə aparıldı . Sonra digər qardaş  Rovşən Zülfüqarlı da həbs edildi. 2006-cı 30 mart tarixdə Nurəddin Zülfüqarlının adından digər qardaş Baxış Zülfüqarlının adına etibarnamə verilir.  Bir gecənin icərisində zavodun səhmlərinin 80 faizi təsadüfi bir şəxsin,  Gəray Məmmədovun adına keçirilir, bundan sonra Zülfüqarlı qardaşları həbsdən azad edilir.

Həbsdən azad olunandan sonra yenə fəaliyyətə başladıq, 3 ay müddətinə kreditlər götürərək fəaliyətimizi bərpa etmək  ərəfəsində 2013-cü ilin sonlarında “Baku Steel Company” MMC-nin müşahidə Şurasının sədri Rasim Məmmədovun göndərdiyi qocu dəstələri müəsisəyə hücum etdilər. Loğman Zülfüqarlının iş otağına gəlib qalan səhmləri də ölkənin birinci şəxsinin göstərişi ilə onlara təhvil verməsini tələb etdilər. Qardaşların ölkədən getmələrini tələb etdilər. Bura da yuxarıların göstərişinin olduğunu bildirdilər. Zülfüqarlı qardaşları  xeyli hazır məhsul və xammal, avtommobil və digər əmlakları buraxaraq  zavodu tərk etdilər. Bakını keşlə qəsəbəsində olan zavoda da basqin edilib  əllərindən alındı.  Bundan sonra məhkəmələrə müraciət olunsa da məhkəmələr də Rasim Məmmədovun sifariş ilə onların əlehinə qərarlar çıxardılar.

Zülfüqarlı qardaşlarına şərait yaradılarsa qısa zamanda onlar yenə  qeyri neft sektorunun inkişafı məqsədi ilə Azərbaycanda həmin şəraiti yarada bilərlər 2008-ci ildə Zülfüqarlı qardaşları Buta qəsəbəsində 8 ay müddətinə “Xəzər Boru MMC” müəsisəsini yaradıldı. Bu zavodda spiral borular istehsal olunurdu. Həmin borular həm qaz və su boruları kimi istifadə olunurdu. 2011-ci ildə həmin zavod zorla Zülfüqarlı qardaşlarından alındı, indi onun da qapılarına qıfil asılıb”.

Sonra Rasim Məmmədova məxsus olduğu iddia edilən bahalı maşınlarla bağlı videoçarx göstərildi. Qeyd olundu ki, həmin maşınların ikisi təxminən bir zavodun qiymətinədir.

Bakı Polad Tökmə ASC-nin keçmiş baş menecceri Ədilxan Musayev mətbuat konfransını əməkdaşların təkidləri ilə keçirdiklərini bildirib. Zavodda gördükləri işlər barədə məlumat verən Musayev xarici ölkələrlə əlaqələrinin yarımçıq qalmasından danışıb. Bildirib ki, həmin müəssə əsasən ixrac məhsuları istehsal edirdi, bunun sayəsində ölkəyə valyuta daxil olurdu.

Həmin müəssisələrdə istehsal travmaları almış keçmiş işçilər isə bildiriblər ki, iş yerlərinin bağlanması ucbatından onlara çatacaq maddı vəsaitləri ala bilmirlər.

Daha sonra hər iki müəssisədə çalışmış işçilərdən bir neçəsi iş yerlərinin bağlanması barədə danışıblar.

Quliyeva Tamilla deyib ki, 2003-cü ilə kimi qədər vəziyyətləri yaxşı olmayıb, amma zavod ASC-yə cevriləndən sonra onlara yaxşı şərait yaradılıb. Bildirdi ki, indi hamı işsiz qalıb, əgər zavod yenə fəaliyyətə başlasa, tez bir zamanda əvvəlki mühit bərpa olunar.

Hər iki ASC-nin hüquqşünası olan Vaqif Əsədov  məhkəmə çəkişmələri barədə məlumat verib: “Bakı Polad Tökmə ASC-nin qranit kəsmə sexinin ərazisinin Elnur Zülfüqarlıdan qeyri-qanuni alınması ilə bağlı  Binəqədi məhkəməsinə müraciət etdik. Iş iki dəfə baxılmamış saxladıqdan sonra Yasamal Məhkəməsinə göndərildi. Bu proses iki il çəkdi. Yasamal Məhkəməsi iddiamızı təmin etmədi. Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxladı. Ali Məhkəməyə kasasiya şikayəti verdik. Ali Məhkəmə qərarı ləğv edib yenidən apelyasiyaya qaytardı. Beləcə bir neçə dəfə Ali Məhkəmə ilə Apellyasiya Məhkəməsi arasında ötür-ötürdən sonra iş baxılmamış saxlanıldı. Loğman Zülfüqarlının mülkuiyətində olan əmlakla bağlı da eyni hal təkrar olundu. Sonda bu iş də baxılmamış saxlanıldı.”

Hüseynov Fazil  keçmiş Polad Tömə zavodunun kadrlar şöbəsinin rəisi kimi zavodun fəaliyyətindən danışıb. O, Rasim Məmmədovun kimlərəsə arxayın olaraq ölkə iqtisadiyyatına ziyan vura bildiyini deyib.

“Bu iki zavoda 1200 adam işləyib deyirlər, amma onlar 1200 ailəni təmsil edirdi, demək  orta hesabla 5000-nə yaxın  adamı dolandırıblar. Rasim Məmmədov da bu insanlara arxa dursun da , gəlib bu qədər insanı dolandırsın”, – deyə  Şahsənəm adlı keçmiş fəhlə öz  etirazın bildirib.

Polad Tökmnə Zavodunun işçisi olmuş Nailə xanım isə indiyə kimi məhkəmələrdə get-gələ salındığından danışıb: “2014-cü ildə işdən  azad edildim. Hec olmasa son haqq-hesabımı versinlər. 10-12 nəfər bununla bağlı məhkəməyə müraciət etmişik, amma baxan yoxdur. Bizə bildirirlər ki, sicanlar arxivi yeyib”.

Beydullayev Zahir isə səhmdar kimi səhmlərini ala bilməmələrindən şikayətlənib.

Sonda işçilər ölkə başçısına mətbuat vasitəsi müraciət edərək, zavodların fəaliyyətinin bərpa olunmasını istəyiblər. Qeyd olunub ki, bunun üçün müəsisələr sahiblərinə qaytarılmalıdır.