ABŞ səfirliyinin əməkdaşları “Azadlıq”da

abs-sefirlik-redaksiyaABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Nik Barnet və ictimai əlaqələr üzrə şöbə müdiri Stiven Qays yanvarın 28-də “Azadlıq” qəzetinin qonağı olublar. Qonaqlar redaksiya binasında qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyevlə görüşüblər. Rahim Hacıyev qonaqlara ölkədə söz və mətbuat azadlığının problemləri barədə danışıb. Bundan əlavə”Azadlıq” qəzetinin qarşılaşdığı problemlər barədə geniş məlumat verib.

ABŞ səfiliyinin əməkdaşları söz və mətbuat azadlığının hər bir ölkə, o cümlədən Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.