
Rayonun Alıc-qışlaq kəndində isə sel çayı yuyub, ərazidə təhlükəli vəziyyət yaranıb. İndi sakinlər rayona getmək üçün 3 km-lik yolu da 18 kim məsafə ilə qət etməlidirlər. Kəndə təcili-yardım maşını çağırmaq belə imkansız vəziyyətə gəlib. Körpünü bərpa etmək isə nə rayon rəhbərliyini, nə başqa səlahiyyətli orqanları narahat edir. Sakinlər qəzetimiz vasitəsi ilə dərdlərini səlahiyyətli qurumlara çatdırmağı xahiş edirlər. Doğrudan da, xarici ölkələrdə muzey, kilsə, abidə təmir etdirib ölkə insanını körpüsüz qoymaq, erməni kilsəsinə qaz verib, qışın buz kəsən şaxtasında öz vətəndaşlarını soyuqdan dondurmaq hansı insafın, hansı düşüncənin məhsuludur, bəlkə cavbalandırasınız?