Binəqədi rayon Məhkəməsində şair Saday Şəkərlinin barəsində çıxarılan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb. Vəsatət təmin edilməyib.
***
Vergilər Nazirliyi əməkdaşının iddiası ilə barəsində cinayət işi qaldırılan və həbs qətimkan tədbiri seçilən şair Saday Şəkərlinin ev dustaqlığına buraxılması ilə bağlı Binəqədi məhkəməsinə vəsatət veriləcək. Bu barədə azadliq.info-ya şairin vəkili Bəhruz Bayramov məlumat verib. Vəsatət yanvarın 28-də təqdim olunmalıdır.
Vəkil bilidirb ki, S.Şəkərli müəyyən xəstəliklərdən əziyyət çəkir, cəmiyyətdə tanınmış şəxsdir, ölkə ictimaiyyətinin və Rusiyanın bir sıra yazıçı-şairlərinin onu həbsdən buraxmaq üçün müraciətləri var. Müdafiə tərəfi inanır ki, məhz bu və başqa amillər nəzərə alınacaq və şairin barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənəcək. B.Bayramov Vergilər Nazirliyi nümayəndəsinin də şairin ev dustaqlığına buraxılmasına etiraz etməyəcəyinə ümid bəsləyir.