ulduz fali

BÜRCLƏR – 27.01.2016

«AZADLIQ»IN RƏSƏDXANASI

QOÇ

Kommersiya fəaliyyəti üçün əlverişli gündür. Alğı-satqı mövzusunda sövdələşmələr ola bilər. Işgüzarlıq həvəsi yüksək olacaq. Bir sözlə, şəxsi və ya işgüzarlıq münasibətləri baxımından münasib gündür.

BUĞA

Bu gün diskussiyalardan qaçmayın. Çünki qarşı tərəfin qəlbinə toxunmadan öz sözünüzü deyə biləcəksiniz. Dostluq görüşü üçün də münasib vaxtdır.

ƏKİZLƏR

Bu gün xarici görkəminizə diqqət yetirməlisiniz. Çünki bu gün geyimə görə müzakirə obyekti olacaqsınız. Əvvəldən qurduğunuz plan üzrə hərəkət etməyə çalışın.

XƏƏNG

Təhsilə vaxt ayırmaq, intellektual əməklə məşğul olmaq lazımdır. Hərəkətlərinizlə ətrafdakıların, xüsusilə də əks cinsin nümayəndələrinin diqqətini çəkəcəksiniz. Romantik tanışlıq gözlənilir.

ŞİR

Bu gün köməyinə arxayın olduğunuz adamlar bu işdən imtina edəcəklər. Qohumların qayğısına qalın. Onlar təklikdə problemlərinin öhdəsindən gələ bilməyəcəklər. Yola çıxarkən ehtiyatlı və diqqətli olun.

QIZ

Bu gün düşündüklərinizi onlara açıqlaya bilərsiniz. Yaxınlarınızla tam səmimi olmağa qorxmayın. Çoxdan verdiyiniz və qaytarılmasına ümidinizi üzdüyünüz borcun qaytarılacağı da istisna deyil.

TƏRƏ

Işgüzar partnyorlarla aranızdakı əlaqə gərginləşəcək. Istənilən mübahisəli məsələdən qalib çıxacaqsıınız, sizin fikirlərinizlə hesablaşmalı olacaqlar.

ƏQRƏB

Bu gün orqanizminiz daha həssas olacaq. Bu üzdən qida rasionunuza diqqət yetirin. Reputasiyanızı qoruyub saxlamağa çalışın. Kimlərsə bu istiqamətdə sizə zərbə vurmağı planlaşdırır.

OXATAN

Maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Adi, xırda məsələyə görə özünüzdən çıxmağınız yaxınlarla aranızda fikir ayrılığı yaşadacaq. Səbirli olmağa çalışın.

OĞLAQ

Müttəfiqlərdən birinin əməkdaşlığa son qoyacağı istisna deyil. Qonaq qarşılamaq üçün axşam saatlarını seçin. Bu gün cazibədarlığınızdan səmərəli istifadə edin.

DOLÇA

Qənaətcil olmağa çalışın. Problemlərinizi başınızı əyləncələrə qatmaqla həll edə bilməyəcəksiniz. Sizi narahat edən məsələdən danışarkən yaxın ətraf mənəvi dəstəyini əsirgəməyəcək.

BALIQLAR

Maddi vəziyyət elə də yaxşı olmaya bilər. buna baxmayaraq əhvalınız qaydasında olacaq. Çünki sevdikləriniz heç vaxt sizi tərk etmir, həmişə dayaq durmağa, size həvəsləndirməyə hazırdırlar. Bu mövzuda şanslı birisiniz.