Heydər Əliyev Fondunun büdcəsi ilə bağlı suallar onu çıxılmaz duruma salıb
Ilham Əliyevin xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Italiyaya səfəri zamanı yerli jurnalistlərin çətin sualı ilə üzləşib. Italyan jurnalistlər Heydər Əliyev Fondunun budcəsi ilə maraqlanıblar. Bu sual 2 dəfə Mehriban Əliyevaya verilib. Ölkə başçısının xanımı çətin vəziyyətdə qalıb.
Məlumat üçün deyək ki, Heydər Əliyev Fondunun büdcəsi Azərbaycan ictimaiyyətini də ciddi maraqlandıran məsələdir. Doğrudur, fondun hansı vəsaitlər hesabına və hansı formada maliyyələşdirilməsi barədə mətbuatda dəfələrlə yazılıb. Lakin indiyə qədər fondun rəhbərliyi qurumun büdcəsi barədə rəsmən açıqlama verməyib. Heydər Əliyev Fondunun büdcəsi ilə bağlı sualların ortaya çıxması qurumun fantastik məbləğlərlə ölçülən layihələrin sifarişçisi kimi təqdim edilməsidir. Əlbəttə bu, bir qeyri-hökumət təşkilatının maliyyə mənbələri ilə maraqlanmaq üçün ciddi əsaslar yaradır. Görünür, italyan jurnalistlər də bu baxımdan Mehriban Əliyevanı fondun büdcəsi ilə bağlı sual atəşinə tutublar.
İnformasiya şöbəsi