Rusiya prezidenti Vladimir Putinin eks-həyat yoldaşı Lyudmila yenidən ailə qurub. Korrupsiya ilə Mübarizə Fondu “Sobesednik” jurnalında yayımlanan materialı araşdırıb. Həmin materialda Putinin keçmiş arvadının soyadını dəyişməsi və daşınmaz əmlakla bağlı həyata keçirdiyi əməliyyatlar dərc edilmişdi.
Fond Lyudmila Putinanın soyadının Oçeretnıy soyadı ilə dəyişdirildiyini təsdiqləyib. Lyudmilanın hazırki əri Artur Oçeretnıy isə artıq uzun illərdir ki, eks-birinci ledinin himayədarlıq etdiyi mərkəzə rəhbərlik edir. Otuz yeddi yaşı olan Artur Lyudmiladan 21 yaş kiçikdir.



