Azərbaycan 2015-ci ildə 32 mln. 520 min 401,97 ton neft ixrac edib ki, bu da 2014-cü ilin göstəricisindən 1,6% azdır. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Sayğacların göstəricilərinə əsasən, ötən il Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 26 mln. 678,361 min ton (o cümlədən “Şahdəniz” yatağından 2 mln. 157 min 414,02 ton qaz kondensatı), Bakı-Supsa neft kəməri ilə 4 mln. 222 min 614,7 ton, Bakı-Novorossiysk neft kəməri ilə 1 mln. 186,918 min ton neft ixrac olunub. Dəmir yolları ilə Gürcüstan limanlarına 432 min 507,27 ton neft daşınıb.
Komitənin məlumatına görə, hesabat ilində ixrac edilmiş $8 mlrd. 866 mln. 158,6 min məbləğində neftin bəyan edilmiş həcmi 21 mln. 960 min 322,54 ton təşkil edib.
2015-ci ildə Azərbaycandan $751 mln. 921,59 min məbləğində 2 mln. 197 min 678,24 ton neft məhsulu ixrac olunub.