SOCAR-ın 8,2 milyard dollar xarici borcu var

socar-turkeyMoody`s beynəlxalq reytinq agentliyi hesab edir ki, SOCAR-ın 500 mln. dollar məbləğində avrobondlar alması şirkətin kredit portfelinə təsir etməyəcək.

SOCAR ödəniş müddəti 2017-ci il olmaqla, 500 milyon dollar məbləğində avrobondların alınmasını elan edib. Alış zamanı gəlir nominala nisbətdə 2 faiz olacaq. ($1000 nominala $20). Təklif yanvarın 26-na qədər qüvvədə olacaq və yan sövdələşmənin meneceri “Deutsche Bank” seçilib.

SOCAR qiymətli kağızlarının sahiblərinə nominalın 102%-i ilə almağı təklif edib.

“Şirkət 30 iyun tarixinə təxminən 2,7 mlrd. dollar nağd vəsaitlə möhkəm likvidliyə sahibdir ki, bunun da 89%-ni xarici valyutada vəsaitlər təşkil edib. Həmin tarixə SOCAR-ın borcu 8,2 mlrd. dollar təşkil edib ki, bunun da 91%-i xarici valyutadadır. Şirkətin nağd vəsaitləri 2015-ci il iyunun 30-na  2,6 mlrd. dollar məbləğində olan qısamüddətli borcun həcminə uyğun gəlir”, – deyə məlumatda bildirilir.

(contakt)