ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyası Suriya və İraq ərazisində İŞİD-ə qarşı quru əməliyyatına başlayır. Bu barədə ABŞ müdafiə naziri Eşton Karter Politico nəşrində yazdığı məqalədə bildirib. O qeyd edib ki, yaxın günlərdə hava-desant diviziyasının hərbçiləri İŞİD-də qarşı əməliyyata başlamaq üçün İraqa gedəcək. Eyni zamanda Suriyaya da 50 xüsusi təyinatlı göndərilib. Nazir bildirib ki, ABŞ və koalisiyadakı tərəfdaşları İŞİD-ə ciddi təzyiq edərək terrorçuların tutduğu bəzi ərazilə boşalda, həmçinin onların liderlərinin bir neçəsini öldürə biliblər.
azadlıq.info



