merkezibank

Azərbaycan 18 milyard ziyana düşüb; Mərkəzi Bank daha 1,2 milyard itirdi

merkezibank2015-ci ildə Azərbaycan gömrük bəyannamələri əsasında 8 milyard 866 milyon 158.60 min ABŞ dolları dəyərində 21 960 322.54 ton xam neft ixrac edib.

Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2014-cü illə müqayisədə 9 milyard 538 milyon 778 min dollar və ya 51,8 faiz azdır. Azərbaycan 2014-cü ildə gömrük bəyannamələri əsasında 18 milyard 404 milyon 936.62 min dollarlıq xam neft satmışdı.

Ötən il, Azərbaycan sayğac göstəriciləri əsasında 32 milyard 520 milyon 401.97 min dollarlıq xam neft satıb.

Bundan başqa dekabr ayında Mərkəzi Bankın valyuta ehtiyatarı daha 1,2 milyard dollar azalıb.

AMB-nin ehtiyatları hazırda 5 milyard 16,7 milyon dollar təşkil edir. Bu, noyabrın yekunu ilə müqayisədə 1 milyard 228,9 milyon dollar azdır. Ilin əvvəli ilə müqayisədə valyuta ehtiyatları 8 milyard 741,6 milyard dollar azalıb.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Mərkəzi Bankın valyuta ehtiyatlarıÿ15 milyard 163.2 milyon dollar idi. Həmin vaxtdan ehtiyatlar 10 milyard 146,5 milyon dollar azalıb.

Məsələni şərh edən iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, dekabr ayında Mərkəzi Bankın itkilərinin 1,2 milyard dollar olmasının müəyyən səbəbləri var. Ekspert bunun daxili bazarlarda dollara tələbatın artmasıyla əlaqələndirir.

Mövcud vəziyyət əhalinin milli valyutaya olan inamının azalması fonunda və banklarının özlərinin fəaliyyəti nəticəsində olub. Eləcə də idxal sahibkarlığıyla məşğul olanların, biznes adamlarının, ölkədəki qeyri-adekvat, qeyri-standart, əlverişsiz biznes mühitinin fəaliyyəti nəticəsində belə bir vəziyyət yaranıb. Bu mühitdə kapital, maliyyə vəsaiti olan hansısa investor duruş gətirmək istəməz. Onlar əllərinə düşən ilk fürsətdə maliyyə vəsaitlərini dərhal xarici valyutaya çevirib ölkədən çıxarmağa üstünlük verirlər. Ekspertə görə illərdir varidat sahibi olan bu tip adamlar, investorlar maliyyə vəsaitlərinin çıxarılmasında daha böyük çəkiyə malikdirlər:

Maliyyə vəsaitlərinin çıxarılmasının əsas səbəbləri bununla bağlıdır. Təəssüf doğuran da budur ki, ölkədə biznes mühiti çətinləşdiyi, sosial vəziyyətin ağırlaşdığı barədə hökumətin əlində sübutlar olsa da ciddi, gərəkən addımlar atılmır. Nəticədə mövcud durum daha da dramatikləşir”.

Nigar