Etibar Pirverdiyev hansı məsələyə görə Akif Çovdarovun qəbulunda olub?
Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov yoxa çıxıb. Vəli Ələsgərov Azərbaycan MTN-dəki şəbəkənin ifşasından dərhal sonra qeybə çəkilib.
General-leytenantın harada olması barədə heç bir rəsmi məlumat yoxdur. Lakin bəzi xəbərlərə görə, Ələsgərov qardaşı və atası ilə birlikdə həbs edilib.
Bundan savayı, Naxçıvanda Vəli Ələsgərova məxsus üç ticarət mərkəzi məhv edilib. Sayılı günlər ərzində dəbdəbəli obyektləri yerlə yeksan ediblər.
Xatırladaq ki, dekabrın 19-da Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması barədə fərman imzalayıb. Naxçıvan MR DTX-nin rəisi vəzifəsinə Fazil Nəriman oğlu Ələkbərov təyin edilib.
“Unikal”a daxil olan ilginc məlumatlarda isə Sumqayıt Texnologiyalar Parkı (STP) və onu idarəsinə nəzarəti həyata keçirən “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin adının qalmaqallı “MTN işi”nə görə hallandırılmasından bəhs olunur.
Məlumatlara görə, MTN-nin zərərsizləşdirilən şəbəkəsinin ən qəddar personası olan general Akif Çovdarov STP-nin icraçı direktoru Sahib Musayevlə də “haqq-hesab” çəkibmiş. Həmin məlumata görə, STP-də baş vermiş hansısa şok maxinasiya haqda məlumatlı olan Akif Çovdarov Sahib Musayevi MTN-ə çağırtdırıb. Onu 3 sutka MTN-də girov saxlayan Akif Çovdarovun Sahib Musayevi hansı maraqlar qarşılığında azad etməsi da çox maraqlıdır. Məlumatlarda deyilir ki, 3 gün MTN-də saxlanan Sahib Musayev Akif Çovdarova fantastik məbləğdə rüşvət ödəyərək azadlığını satın alıbmış.
Sözügedən olayla bağlı maraqlı məqamlardan biri isə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin də həmin mövzuyla bağlı MTN-də, Akif Çovdarovun qəbulunda olmasıdır. Təbii ki, Etibar Pirverdiyevi Akif Çovdarovun qəbuluna gətirən səbəblər Sahib Mustafayevin MTN-də saxlanması ilə bağlı olub.
Xatırladaq ki, Akif Çovdarova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, reketlik, quldurluq əməlləri ilə yanaşı adam oğurluğu maddəsi üzrə də ittiham irəli sürülüb.