Fuad Qəhrəmanlıya təbrik əvəzi
Bu Fuad Qəhrəmanlının ikinci “qızılcasıdır”. O, birinci dəfə ötən əsrin sonlarında (1998) yazılarına görə həbs edilmişdi. Təzəcə tələbə auditoriyasından ayrılmışdı. Yenə də eyni motivlə həbs olundu. Amma bu dəfə XXI əsrdə. İki əsrdə iki dəfə həbsxana görən siyasətçidir Fuad bəy. Oxşar əlamətlər həm də ondan ibarətdir ki, 17 il öncə də ad gününü qapalı şəraitdə – Bayılda keçirmişdi, indi isə Kürdəxanıda. Təkcə qapalı sistem oxşarlıqları yoxdur, həm də mülki cəmiyyətdə də eyni sistemdir. Bir sistemdə iki dəfə həbsxana həyatı yaşayır Fuad. Ömrünün 41-ci baharını həyatının “qış” dövründə yaşayır. Mərdliklə və cəsarətlə.
Tələbə partasından baş qaldıran kimi siyasəti seçib. Öz həyatının gəncliyini yaşamadan siyasətdə yaşının üstünə yaş gətirib. Arada söhbətlərimiz zamanı deyərdi ki, Məhəmməd sonuncu dəfə ürəkdən güldüyümü də daha xatırlamıram. Ağlanılası durumumuzda necə ürəkdən gülməyi dərk edə bilmirdi. Heç nəyə laqeyd ola bilmirdi. Güclü vəətndaşlıq hissə malik idi. Düşdüyümüz durumun ağırlığını və təhlükələrini dərindən dərk etdiyi üçün üzü gülmürdü.
Fuad bəy peşəkar siyasətlə məşğul idi. Onun özünəməxsusluğu onda idi ki, mübarizəni tərəddüdsüz və prinsipiallıqla aparırdı. Sağa-sola baxmadan düz mübarizə hədəfinə doğru israrla yeriməyi bacarırdı. Onun şəxsi keyfiyyətlərində manevr etmək və susmaq kimi anlayışları yox idi. Dinləmək lazım olduğu yerdə nəzarətlə susar, susmağı alçalmağa bərabər olduğunu başa düşdüyü yerdə isə onu heç nə onu susdura bilməzdi. Hətta milyonluq televiziya auditoriyası qarşısında belə cəsarətindən vaz keçmədən istənilən şəxsə də bədəl ödətdirməyi bacaran bir cəsur siyasətçidir. Fuad bəy, siyasətdə nala-muxa vurmurdu. Biristiqamətli və hədəfə dorğu israrla hərəkət edirdi. Bu mənada Fuad Qəhrəmanlı birvektorlu siyasətçidir. Heç nəyə boyun əymirdi. Belə keyfiyyətin zərərini ona baxıb mübarizə ruhu ilə qidalanan sıravi cəbhəçidə hansı ovqat yaradacağını dərk edirdi. O, başa düşürdü ki, bir ölkəyə diktatorluğu diktatorlar yox, ona boyun əyənlər gətirir.(Bülend Ecevit) İstənilən şəxsin azca boyun əyməsi gələcək təhlükələrin anonsunu verirdi. Bütün zərif vucudu ilə necə böyük ideyaların altına girib onu cəmiyyətdə populyarlaşdırırdı. Yorulmadan və təslim olmadan prosesi aparırdı. Qərarların arxasınca baxmırdı. Onu gələcəkdəki üfüqlər və nəticələr daha çox düşündürürdü.
Praktik siyasətlə məşğul idi. Fasiləsiz və davamlı formada çalışmaları ilə siyasətə peşə kimi baxdığını sübut edirdi. Ən ümidsiz vaxtlarda o, yenə şəxsi həyatına daha çox vaxt ayırıb məşğul olduğu sahəni yetim qoymurdu. Mətbuatla daim işləyir, fikirlərini ifadə edir və təşkilatlanma işinə özünün ciddi tövhəsini verirdi. Onu hər yerdə daha çox mitinqlərdə öncüllük edən və həbs olunan insan kimi xarakteriza edirlər. Bu onun bir sahədə üstünlüyü idi. Fuad bəy partiya üçün ən təkcə mübarizə ovqatı yaradacaq işlər görmürdü. Partiyanın ideoloji işinin güclənməsi üçün çalışmırdı. Həmçinin intellektual müstəvidə də parlaq ideyaları ilə islahatlara xidmət edən konseptual sənədin üzərində daha çox tövhələr verirdi. Partiyanın hazırlanmış yeni proqram sənədinin demək olar ki, əhəmiyyətli hissəsinin yükü onun üzərində olub. Fikir mübadiləsinə açıq və polemikada öz fikirlərini səlis ifadə etməsi seçilən siyasətçidir Fuad bəy. Təkcə peşəkar siyasətdə üstün imkanları ilə seçilmirdi. İnsan kimi də güclü şəxsi məziyyətləri var idi. Mənim üçün Fuad səmimi insan, sədaqətli əqidə yoldaşı və dəyərli dostdur! Ad günün kutlu olsun, əziz dost!