aliyev-munich

“Daha manatı dəstələmək fikrimiz yoxdur, SOCAR-ı isə satan deyilik…”

ilhamaliyev-shekide1“Neftin qiymətinin azalmasına baxmayaraq, biz milli valyutamızı dəstəkləmək üçün əlavə tədbirlər görməyəcəyik”.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davos forumunun kuluarlarında RİA-Novosti agentliyinin əməkdaşına açıqlamasında deyib.

Prezident bildirib ki, manatın məzənnəsi ilə bağlı onlar əllərindən gələni ediblər: “Bundan artığını gələcəkdə hökumət etməyəcək. Neftin ucuzlaşması davam edərsə, manat bundan əziyyət çəkməyəcək. Manatın hazırkı məzənnəsi ədalətlidir və öz yerini tapı”

Prezident onu da deyib ki, yaxın vaxtda Azərbaycan hökuməti özəlləşdirməyə çıxarılacaq dövlət aktivlərinin siyahısı ilə bağlı müzakirələrə başlanılacaq. Onun sözlərinə görə, ölkənin əsas ixrac məhsulunun dəyərsizləşməsi səbəbindən Azərbaycan hökuməti strateji aktivi olan SOCAR-ı özəlləşdirməyəcək: “SOCAR dövlətin strateji aktivdir. Bu səbəbdən onun özəlləşdirilməsindən söhbət gedə bilməz”.

“RIA Novosti”nin «Rusiya şirkətləri Azərbaycanın dövlət aktivlərinin özəlləşdirilməsində iştirak edə bilərm” sualına prezident bu cür cavab verib:”Rusiya Azərbaycanın yaxın dostudur. İstəsələr, yalnız şad olarıq. Lakin hələ ki, müraciət edən olmayıb”.

Xatırladaq ki, Mərkəzi Bank ötən il dekabrın 21-də tənzimlənən üzən məzənnə siyasətinə keçidi elan edib. Həmin vaxtdan etibarən Mərkəzi Bank manatın kəskin ucuzlaşmasının qarşısını almaq üçün bazara vaxtaşırı intervensiya edib. Ancaq indi prezident elan edir ki, manatın kursu bazar tərəfindən tənzimlənəndən sonra hökumət strateji valyuta ehtiyatlarının hesabına milli valyutanı sabit saxlamaq fikrində deyil.