Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən yayımlanan hesabata görə, Rusiyaya birbaşa xarici investisiyalar ötən il bir əvvəlki illə müqayisədə 92 faiz azalıb.
BMT tərəfindən hazırlanan Dünya İnvestisiya Hesabatına görə, dünya üzrə birbaşa investisiya nisbəti 2015-ci ildə 2014-cü illə müqayisədə 36% artıb. Rusiyaya edilən birbaşa investisiya nisbəti isə eyni dövrdə 92 faiz azalaraq böyük bir geriləmə göstərib.
Hesabata görə, ötən il dünya üzrə yatırılan cəmi 1,7 trilyon dollarlıq investisiyadan ən böyük birbaşa xarici investisiya payını ABŞ alıb.
Cəmi 384 milyard dollarlıq sərmayənin daxil olduğu ABŞ-dan sonra, ən böyük birbaşa xarici investisiya Honq Konq və Çinə yatırılıb.