ABŞ-ın ixrac etdiyi xam neft, 40 illik fasilədən sonra ilk dəfə Avropaya çatıb.
Texasdan yola çıxan “Liquid American Freedom” adlı yük gəmisi ilə daşınan neft, Fransanın Marsel şəhəri yaxınlığındakı Fos-Lavera limanına çatıb.
ABŞ-ın “Enterprise Products Partners” şirkəti tərəfindən satılan xam neftin, alıcı “Vitor Qrupu” tərəfindən İsveçrədəki zavodlara göndərilməsi gözlənilir.
ABŞ Prezidenti Barak Obamanın, neft ixracatına qoyulan qadağanı götürən qanunu Dekabr ayında imzalamasının ardından, beləliklə, ölkə xaricinə ilk neft satışı reallaşıb. 1970-ci illərdə dünyada baş verən neft böhranının ardından dövrün ABŞ prezidenti Gerald Ford, ölkəsinin enerji müstəqilliyini qorumaq adına neft ixracına qadağa gətirilməsi qərarını qəbul etmişdi.
ABŞ-da son dövrlər neft istehsalçıları və deputatlar, qadağanın qaldırılması üçün sıx səy göstərmişdi.
(marja)