ABŞ Dövlət Departamenti, Metyu Brayzanın Azərbaycanda səfir postuna namizədliyini dəstəklədiyini bəyan edib. APA-nın məlumatına görə gündəlik mətbuat konfransında çıxış edən Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland, Konqresin qərar qəbul etməməsi halında ABŞ-ın Moskva və Bakıdakı səfir postlarının bu ilin axırında boş qalacağı ilə əlaqədar sualı cavablandırıb.
“Düşünürəm ki, bizim namizədlərin təsdiq edilməsini istədiyimizi bilirsiniz və biz istəyirik ki, olduqca vacib olan bu səfirlik postları dolsun”,- deyə Nuland bildirib.


