O, özünü öldürəcəyi barədə əvvəlcədən dostlarını xəbərdar edibmiş.
Bakı bulvarında özünə qəsd edən məktəbli ilə bağlı şok məlumatlar əldə etdik. Özünü öldürən Sənan Abbasov hadisədən əvvəl Facebook səhifəsindəki son statusunda özünü öldürəcəyini xəbər verib. O, statusunda “Ölümə gedirəm, gələn var?” yazıb. Onun statusuna cavab yazanlar arasında ona qoşulan, Sənanı bir qıza görə özünü öldürməsinə haqq qazandırmayanlar da var. Amma Sənanın son sözləri “sağ olun, mən getdim” olub.
Sənanın profil şəklinə siqaret yerləşdirməsi, digər statuslarında qəmli mahnılar paylaşması onun hansı durumda olmasından xəbər verir. Portalımızda Senanın intihar etməsi ilə bağlı yerləşdirilmiş xəbərə gələn şərhlərdən, statusuna yazılan rəylərdən də onun bir qızı dəlicəsinə sevdiyi aydın görünür.
Səbail rayon Prokurorluğundan isə Milli.Az xəbər portalına bildirildi ki, faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
16.XII.201111:18
Özünü dənizə ataraq öldürən şəxsin kimliyi məlum olub. Səbail rayon Polis İdarəsindən Milli.Az xəbər portalına bildirildi ki, həmin şəxs 17 yaşlı Göygöl sakini Sənan Abbasovdur. Mərhum orta məktəbin 11-ci sinif şagirdi olub.
O, özünü gecə saat 23:45-də dostlarının yanında dənizə atıb. Dostları dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilərinə məlumat veriblər. Əraziyə gələn xilasedicilər axtarışlara başlasalar da, S.Abbasovun cəsədi dənizdən səhər saatlarında aşkarlanıb.
10:14
Bakı bulvarında intihar olub. Səbail Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan şəxs özünü Biznes Mərkəzinin yaxınlığında insanların gözü qarşısında dənizə atıb. Hadisə gecə saatlarında baş versə də, hadisə yerinə cəlb edilmiş dalğıc-xilasedicilər onun meyitini dənizdən səhər saatlarında çıxarıblar. Faktla bağlı araşdırma aparılır.


