Bu gün AXCP İmişli rayon şöbəsinin üzvləri 20 Yanvar faciəsinin 26-ci ildönümü münasibətilə rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib. İmişli cəbhəçiləri Vətən uğrunda canlarını fəda etmiş İmişli şəhidlərinin məzarları qarşısına tər qərənfillər düzüb, onların ruhuna dualar oxunub.